Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda faşizm üzərində qələbənin 67-ci ildönümü qeyd olunub

10 may 2012 | 15:00

Faşizm üzərində tarixi qələbənin növbəti ildönümü münasibəti ilə Göyçay rayonunda yaşayan Böyük Vətən Müharibəsi Veteranları və ictimaiyyətin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Müharibə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzüblər. Qələbə günü ilə əlaqədar təşkil olunan bayram mərasimində Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov xalqımızın tarix boyu yad elli işğalçılara qarşı mərdliklə mübarizə apardığını, 1941-1945-ci illərdəki müharibədə də böyük qəhrəmanlıqlar göstərdiyini diqqətə çatdırıb. Göyçaydan Böyük Vətən Müharibəsinə 7200 nəfər yollanıb. Onlardan 4200 nəfəri cəbhədə həlak olub. Hazırda rayonda 28 nəfər müharibə veteranı yaşayır. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı göstərilir, müalicələrinə zəruri şərait yaradılır. Bayram mərasimində ömrün ahıl çağlarını yaşayan keçmiş döyüşçülər çıxış edərək o ağrılı, açılı illərlə bağlı xatirələrini söyləyiblər. Minnətdarlıq hissi ilə bildiriöblər ki, məhz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müharibə veteranlarının hüquqları bərpa olunub. Prezident İlham Əliyevdə bu kateqoriyadan olan insanlara xüsusi qayğı göstərir. Tədbirin sonunda müharibə veteranlarının hər birinə maddi yardım göstərilib.

Keçidlər