Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçaylılar Novruz bayramını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər

17 mart 2017 | 16:00

Xalqımızın ən əziz bayramı olan Novruz Göyçayda ümumxalq el şənliyi kimi qeyd olunub.
Heydər Əliyev Parkında minlərlə rayon sakininin iştirakı ilə keçirilən bayram tədbirində təbriklər səsləndirilib. Çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə göyçaylıları Novruz bayramı münasibətilə təbrik edib, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərindən danışılıb.
Rayon icra hakimiyyətinin başçısı Novruz bayramın ölkənin hər bir guşəsində olduğu kimi, Göyçayda da böyük ruh yüksəkliyi ilə qeyd olunduğu bildirilib.
Bayram tədbirində tonqal alovlandırılıb, müxtəlif milli oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin sərgisi nümayiş olunub. Rayonun istehsal müəssisələri öz məhsullarını nümayiş etdiriblər, idarə və təşkilatlar, kənd icra nümayəndəlikləri və bələdiyyələrin təşkilatçılığı ilə rəngarəng Novruz süfrələri açılıb. Gənc idmançıların çıxışları maraqla qarşılanıb. Bayramsayağı bəzədilmiş meydanda rayonun incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış ediblər. Xüsusilə Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu və məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.

 

Keçidlər