8 mart beynəlxalq qadinlar günü Göyçay rayonunda da qeyd edilib
8 mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Göyçay şəhərindəki “Çinar” şadlıq sarayında keçirilən bayram tədbirində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət qulluğunda, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınlar, şəhid anaları iştirak ediblər.
Bayram süfrəsi arxasında təşkil olunan mərasimdə çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə qadınları bu əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən, Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin olunmasının qadınların ikiqat sevincinə səbəb olduğundan bəhs edilib. Bildirilib ki, Azərbaycanda qadın adı həmişə uca tutulub, ona böyük ehtiram göstərilib. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Qadın şəxsiyyətinə Ulu Öndər Heydər Əliyev hər zaman böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer verir, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı. Bu gün də bu siyasət prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Tədbirdə bir qrup qadınlara fəxri fərman və hədiyyələr verilib.
Sonda tədbir konsert proqramı ilə davam edib.