Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Azərbaycan Respublikasının Baş prokuroru Göyçay şəhərində vətəndaşları qəbul etmişdir

17 fevral 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 17 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru Göyçay şəhər prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Baş prokuror cənab Zakir Qaralov və Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.
Vətəndaşları dinləyən cənab Zakir Qaralov prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir. Prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin isə araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etmişlər.
Yekunda Baş prokuror tabe prokurorların iştirakı ilə keçirilən müşavirədə Prezident cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzaladığı 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından irəli gələn tövsiyə və tapşırıqların vaxtında və dürüst icrası ilə bağlı konkret göstərişlər vermişdir.
Eyni zamanda dövlət başçısının məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılmaqla vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması tapşırılmışdır.
Müşavirədə həmçinin, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması üçün konkret tapşırıqlar verilmişdir.

Keçidlər