Yanvarın 20-də Göyçay rayonundakı “Şəhidlər” abidə kompleksinin önündə anım mərasimi keçirilib.
20 yanvar faciəsinin növbəti il dönümü ilə bağlı minlərlə göyçaylı Şəhidlər xiyabanını ziyarət edib.İcra sturukturlarının rəhbərləri,idarə,müəssisə və təşkilat kollektivləri,tələbələr müstəqillik uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə ehtiramlarını bildiriblər. Bu faciənin ağır nəticələrini xatırlayan rayon sakinləri qətliam zamanı həlak olan 2 göyçaylının da xatirəsini kədər hissi ilə yad ediblər. 20 yanvar facisənin xalqımıza qarşı ən qəddar terror aktı kimi qiymətləndirən rayon sakinləri bildiriblər ki, sovet imperiyasının məqsədi xalqımızın azadlıq əzmini qırmaq olsa da məqsədinə nail ola bilməyib. Əksinə millətimizin mübarizliyi daha da artıb. Umumrayon anım mərasimində xatırlanıb ki,27 il əvvəl vətən fədailəri torpaqlarımıza azadlıq toxumları əkməklə Azərbaycanın xoş gələcəyinin əsasını qoyublar.Bu gün bütün sahələrdə böyük uğurlara imza atan,dünya birliyində özünə layiqli yer tutan ölkəmiz müvəffəqiyyətlərinin sayını artırmaqdadır.Göyçaylılar xalqımızın müstəqilliyi və azadlığı uğrunda mübarizədə həyatını qurban verən övladlarımızın xatirəsini həmişə uca tutan ulu öndər Heydər Əliyevin 20 yanvar faciəsinə hüquqi və siyasi qiymətinin verilməsi üçün göstərdiyi xidmətləri bir daha yüksək qiymətləndirirlər. Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını müsbət dəyərləndirirlər. Qeyd edək ki,rayonun təhsil və mədəniyyət ocaqlarında 20 yanvar faciəsinə həsr olunmuş konfranslar,rəsm və inşa yazı müsabiqələri keçirilib,ədəbi –bədii kompozisiyalar təşkil edilib.