Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“İslam Həmrəyliyi İli” “Multikulturalizm İli”nin məntiqi davamıdır mövzusunda Göyçay rayonunda yığıncaq keçirilib

18 yanvar 2017 | 16:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, eləcə də Göyçay şəhərində fəaliyyət göstərən iki məscidin keçirdiyi “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” mövzusunda tədbirdə səsləndirilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi münasibətilə təşkil olunan tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bu qərarın İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu bildirib: "İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Lakin, dövlətimizin başçısı İlham Əliyev tarixdə ilk dəfə olaraq, İslam dünyasına siyasi mesaj ünvanlayaraq vahid mövqedən çıxış etməyin və birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə edib".
Rayonda fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, gənclər və orta məktəblərin yuxarı sinif şagirdləri qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, bu il Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək. Eyni zamanda, Naxçıvan 2018-ci ildə İslam mədəniyyəti paytaxtı elan edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Rauf Nəsirov, Göyçayda fəaliyyət göstərən dini icma sədrləri Rəsul Kazımov və Müşviq Əsgərov çıxış edərək bildiriblər ki, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması, bütövlükdə, İslam dünyasına, eləcə də dünyaya mesaj xarakteri daşıyır. Uzun illərdir ki, dünyada islamofobiya hökm sürür, İslam ölkələrinin əleyhinə kampaniya aparılır. Ayrı-ayrı güclər müsəlman dövlətlərinin enerji resurslarına yiyələnmək üçün fəaliyyətlərini islamofobiya faktoru üzərində qururlar. Belə amillərə qarşı mübarizə aparmaq və həmrəylik nümayiş etdirmək lazımdır.
Din xadimləri qeyd ediblər ki, Azərbaycan hər zaman İslam həmrəyliyi prinsipindən çıxış edib. İslam insanları terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsız insanlara qarşı mərhəmət nümayiş etdirməyə səsləyir.
Bildirilib ki, ölkəmizdə elan olunan "İslam Həmrəyliyi İli"nin təkcə Azərbaycan və İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün önəmi var. Çünki dinlərarası qarşıdurma heç kəsə xoşbəxtlik gətirmir. Günahsız insan ölümlərinə səbəb dünyada hökm sürən ziddiyyətlərdir. Yaxın Şərqdə baş verən hadisələr də bunu açıq şəkildə göstərir. Təəssüflər olsun ki, bu gün bəzi dairələr İslamı terroru dəstəkləyən din kimi qələmə verirlər. Halbuki İslamda dinc və günahsız insanın ölümü bəşəriyyətin ölümü kimi qiymətləndirilir.
Sonda bir qrup din xadimi rayonda multikultural və islami dəyərlərin təbliği, dini münasibətlərin tənzimlənməsi sahəsində uzun illər səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Keçidlər