Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şuşa ziyalıları düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əmindirlər

09 may 2012 | 15:00

Göyçay rayon İcra Hakimiyyətində Şuşa şəhərinin işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən öncə Göyçay və Şuşa ziyalıları, ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiram nümayiş etdirmiş, Şəhidlər xiyabanda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi yad etmişlər. Tədbirdə Şuşada həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmmədov, Göyçay şəhər 7 saylı orta məktəbin direktoru Adil Məmmədov, Şuşa ziyalıları Məzahir Hüseynov, Səməd Həsənov, Mərdan Hüseynov, Vahid Hüseynov çıxışında Şuşa şəhərində ermənilər tərəfindən törədilmiş vandalizm aktları, tarixi abidələrin, mədəniyyət ocaqlarının, sosial obyektlərin dağıdılaraq talan edilməsi barədə geniş məlumat vermişdir.

Keçidlər