Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhər uşaq musiqi məktəbində “UNESCO-da Azərbaycan irsi-10" adlı layihəsi çərçivəsində tədbir keçirilib.

30 noyabr 2016 | 16:00

“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən Arif Məmmədov adına Göyçay Şəhər Uşaq  Musiqi  Məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatı dəstəyi ilə “UNESCO-da Azərbaycan irsi-10" adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Azərbaycanın Tarının 2012-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunan tədbirdə A.  Məmmədov adına Göyçay Şəhər Uşaq  Musiqi  Məktəbinin direktoru Rövşən Zamanov, gənc müəllimələr və  100-ə yaxın gənc məktəbli iştirak edib. Tədbiri giriş sözü ilə açan “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulov layihənin məqsədinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın siyasətinin davamı olaraq UNESCO-nun Reprezentativ siyahısına daxil olan  Azərbaycanın milli-mədəni irs nümunələrinin qorunmasına, tanıdılmasına və təbliğinə xidmət etməsini qeyd edib, milli-mədəni irs nümunələrimizin qorunmasının və təbliğinin önəmindən söz açıb. Uşaq  Musiqi  Məktəbinin direktoru R. Zamanov Tar alətinin tarixi özəlliyi haqqında geniş məlumat verib. Musiqi məktəbinin şagirdləri ilə birlikdə gözəl ifalarla tamaşıçıları valeh edib, gənc musiqiçilərin kollektiv və solo ifaları dinlənilib.
Gənc məktəblilərə vacib məlumatları özündə əks etdirən məlumatlandırıcı flayerlər paylanılıb. Tədbirin sonunda Tar sənətini yaşadan gənc musiqiçilər, tədbir boyunca UNESCO-ya daxil olan 10 milli-mədəni irs nümunəsini öyrənib sadalayan fəal gənclər həvəsləndirici sertifikat və qiymətli hədiyyələr ilə təltif olunublar.
Məlumat üçün qeyd edilib ki, İçərişəhər tarix-memarlıq qoruğu, Qobustan dövlət tarixi-bədii qoruğu UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs üzrə, Azərbaycan muğam sənəti, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan ənənəvi xalçaçılıq sənəti, Azərbaycan tarı, Azərbaycan Kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə, Cövkən oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil olmuşdur.  

Keçidlər