Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda «Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri»nə dair işgüzar forum keçirilmişdir.

17 noyabr 2016 | 16:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun noyabrın 17-də Göyçay rayonunun Ləkçıplaq kəndində keçirdiyi işgüzar forumda sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 2145 sahibkara 135,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6400-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12700-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 496,4 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Göyçayın Yalman kəndində logistik mərkəzdə aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Bu tipli mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin tədarükü, saxlanması və satışı məsələlərinin həllində mühüm rol oynayır.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından faktlarla söz açılıb. Bildirib ki, prezident İlham Əliyev cənablarının diqqət və qayğısı, qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyi tapşırıqlar nəticəsində ölkənin hər yerində olduğu kimi Göyçay rayonunda da sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə görülən tədbirlər nəticəsində yeni iş yerlərinin açılmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaradıb. Yararlı torpaqlardan daha səmərəli istifadənin zəruriliyini diqqətə çatdırıb
Mərasimdə çıxış edən fermer və sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyev cənablarına minnətdarlıq ediblər.

Keçidlər