Göyçay rayonunda 12 noyabr - Konstitusiya Günü qeyd edilib
Noyabr ayının 12-də Heydər Əliyev adına Mərkəzdə Konstitusiya günü münasibəti ilə yığıncaq keçirilmişdir.İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini önünə gül dəstələri qoymuşlar. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə Azərbaycan Konstitusiyası haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxmışdı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Nəhayət, 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Müstəqil Azərbaycanın Əsas Qanununun yaradılması məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. İcra başçısı həmçinin bildirib ki, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın bu gün regionda lider dövlətə çevrilməsi, dünyada layiqli yer tutması bunun bariz numunəsidir.
Daha sonra rayon ziyalıları çıxış edərək Prezident İlham Əliyev cənablarının dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən söz açıblar.