Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayın daha bir kəndinə təbii qaz verilib

10 noyabr 2016 | 16:00

Noyabr ayının 10-da rayonun Bəydövül kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik edib. Qeyd edib ki, əsası Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft-qaz strategiyası bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən icra başçısı hər bir kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib. Azərbaycanda yaşayış məntəqələrinin sürətlə qazlaşdırılmasının sırf sosial xarakter daşıdığını, dövlət başçısının tapşırığına əsasən respublikanın bütün yaşayış məntəqələrinin tam qazlaşdırılmasının qarşıya əsas vəzifə kimi qoyulduğunu qeyd edib.
Tədbirdə məlumat verilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1617 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 25 min 406 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 298 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Kənd ağsaqqalları, ziyalılar çıxış edərək soyuq payız günlərində əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər.
Sonra kəndə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.

Keçidlər