Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda təşkil edilən 11-ci nar festivalı rəngarəngliyi, milli-adət ənənələrimizin nümayişi və Azərbaycanda yetişən nar sortlarının əhəmiyyətinin təbliği baxımından diqqəti cəlb etmişdir.

05 noyabr 2016 | 16:00

Özünə məxsus füsunkar təbiəti olan Göyçayda ənənəvi 11-ci nar bayramı keçirilib.Öncə festival iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Minlərlə rayon sakininin, xarici ölkələrdə və Bakı şəhərində yaşayan göyçaylı ziyalıların qatıldığı festivalda iştirakçıları Aşıq Əhliman “Nar ağac- nar çiçəyi”  mahnısı ilə salamlayıb.Məktəblilər Azərbaycan,rus və ingilis dilində qonaqlara xoş arzularını bildiriblər.Gülövşə,şirin vələs rəmzi nar paltarlarında olan gənclərin və nar şahzadəsinin çıxışları diqqəti cəlb edib. Bayram şənliyində nar meyvəsinin mədəni-iqtisadi potensialının rəmzinə çevrilən çoxsaylı sərgilər, kompazisiyalar, folklor numunələri nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində dövlət və hökümət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və əməkdaşları, ətraf rayonların icra başçıları, yerli və əcnəbi iş adamları, xarici ölkələri təmsil edən nümayəndələr iştirak ediblər.
Qonaqlara nar çiçəkli geyimlərlərdə olan qızlar yerli müəssisələrin istehsalı olan nar suyu,şərbəti və bayram nişanları paylayıblar. Rəmzi nar maketinin açılması ilə içindən çıxan nar dənəsinə bənzər geyimdə olan qızların rəqsi hər kəsi sehirli aləmə aparıb. Səmaya buraxılan şarlar bolluq və bərəkətin rəmzinə çevrilib. Meydana daxil olan nar şahzadəsi festival iştirakçılarını salamlayıb. Rayonun 25 kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi meyvələrdən hazırlanmış məhsulların sərgisinə baxış keçirilib.Stadion boyu idmançıların, mahnı-rəqs qruplarının,musiqi məktəbində təhsil alan şagirdlərin  nümunəvi çıxışları yaddaqalan olub. 100 adda 700-dən çox kitabın nümayiş olunduğu sərgi də diqqəti çəkib. Burada milli-mənəvi dəyərlərimizi, tarixi keçmişimizi, şərq ədəbiyyat nümunələrini təbliğ edən nəşrlərlə yanaşı, narçılığın inkişafından, tibb sosial fəlsəfəsindən bəhs edən kitablar da yer alıb. Məktəblilərin əl işlərindən ibarət sərgi, göyçaylı qadınların ifasında səslənən folklor nümunələri, xor qrupunun mahnı çələngi hər kəsdə xoş duyğular oyadıb. Qonaqlar aş, nardança, kətə, yuxa, nar şərab, nar şirəsi kimi təamların dadına baxıblar.
Bayram tədbirində bildirilib ki, ölkə başçısı İlham Əliyevin xeyir-duası ilə keçirilən bu məhsul bayramı böyük əhəmiyyət daşıyır. Çünki bu festival Göyçayda narçılığın inkişafına təkan verir, dünyada təbliğinə müsbət təsir göstərir. Təkcə son üç ildə rayonda 1500 hektardan artıq yeni nar bağı salınıb, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb. Ötən il Göyçayda 46 min ton nar tədarük olunub. Bu il isə meyvə bağlarından 48 min tona yaxın nar məhsulunun yığılması gözlənilir. Bu isə əhalinin büdcəsinə əlavə olaraq 16 milyon manat vəsait gətirəcək.  Vurğulanlb ki, narın şirəsindən və qabığından 20-ə yaxın xəstəliyin mülicəsində istifadə olunur. Bu meyvədən nar şərabı, nar şirəsi, nardança, mürəbbə və digər qida məhsulları hazırlanır ki, insan orqanizmi üçün çox böyük əhəmiyyət daşıyır.
Nar bayramı həm də Azərbaycan xalqının Milli-mənəvi dəyərlərinin, tarixi keçmişinin, zəngin adət-ənənələrinin, bənzərsiz mətbəxtinin nümayişində əvəzsiz rol oynayır.
Festivalda narla bağlı təşkil olunan müsabiqənin qalibləri mükafatlandırılıb. Xalqımızın qədim və zəngin adət-ənənəsinin, təbii sərvətlərinin nümayişinə çevrilən nar bayramı xarici ölkə vətəndaşlarının da ürəyincə olub. Onlar ölkəmizdəki inkişafa, insanların mehribanlığına və səmimiyyətinə valeh olduqlarını bildiriblər. Gələcəkdə də nar bayramında iştirak etmək arzusunda olduqlarını soyləyiblər.
Göyçayda nar bayramı tanınmış incəsənət ustalarının təqdim etdikləri konsert proqramı ilə davam etdirilib, atəşfəşanlıqla başa çatıb.

Keçidlər