Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində 12 saylı uşaq bağçası və körpələr evi əsaslı təmirdən sonra istifadəyə verilib

08 may 2012 | 15:00

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində Göyçay şəhərindəki 12 saylı körpələr evi əsaslı təmirdən sonra istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov milli təhsilimizin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarının uğurlu nəticələrindən danışıb. Bildirib ki, son illər Dövlət Proqramı çərçivəsində və Heydər Əliyev Fondunun vəsaiti hesabına 9 yeni məktəb binası istifadəyə verilib. 8 təhsil ocağı əsaslı şəkildə yenidən qurulub. Hazırda daha 3 kənddə yeni məktəb binası və 1 yaşayış məntəqəsində 40 yerlik uşaq bağçası inşa olunur. Mərasimdə tərbiyəçi və valideynlər çıxış edərək yaradılan şəraitə görə minnətdarlıq ediblər. Fidan balalar vətənimizi tərənnüm edən şeyrlər söyləyiblər. Sonra mərasim iştirakçılarına təmir bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, uşaq bağçasının dam örtüyü, qapı və pəncərələri dəyişdirilib. İstilik sistemi çəkilib. Elektrik və su xətləri, sanitar-texniki qovşaqlar təzələnib. Qruplarda və yataq otaqlarında nümunəvi şərait yaradılıb. 70 uşağın təlim-tərbiyə aldığı körpələr evi zəruri avadanlıqlarla da təmir olunub. Həyətdə isə uşaq əyləncə qurğuları quraşdırılıb, yaşıllıq salınıb, asfalt örtüyü döşənib.

Keçidlər