Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda satış-yarmarkası təşkil olunub

11 sentyabr 2016 | 16:00

      Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayramı ərəfəsində kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilib.
Rayonda süni qiymət artımın qarşısının alınması məqsədilə Göyçay şəhərinin mərkəzi küçəsində təşkil edilən yarmarkada 10-a yaxın yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən aşağı ərzaq malları, un, quş əti, yumurta, balıq və digər kənd təsərrüfatı məhsulları təqdim ediblər. Həmçinin 100-ə yaxın kəndli özünün yetişdirdiyi meyvə-tərəvəz və süd məhsullarını, mal və qoyun ətini, bal və bostan məhsullarını yarmarkaya çıxarıb.Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə yarmarkanın gedişatı ilə tanış olub.Göyçaylılar satış-yarmarkanın təşkilindən və qiymətlərin sərfəli olmasından razılıq ediblər.
Qeyd edək ki, Göyçayda növbəti yarmarkaya ətraf rayonların istehsal müəssisələri və kəndli fermerləri də cəlb olunacaq.

Keçidlər