Göyçay rayon təhsil işçilərinin konfransı keçirilmişdir
Sentyabr ayının 7-də Göyçay rayonunda təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir. Konfrans iştirakşıları ilk öncə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Tədbirdə məruzə ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Rəşad Məmmədov bildirilib ki, 2015-2016-cı dərs ilində Göyçay rayonu üzrə 57 ümumtəhsil məktəbində 15378 nəfər şagird təhsilə cəlb olunub.Tam orta təhsili başa vuran gənclərdən 627 nəfəri ali məktəblərə sənəd verib. Onlardan 334-ü tələbə adını qazanıb.Abituriyentlərdən 26 nəfəri 600-dən,70 nəfəri isə 500-dən çox bal toplayıb.Tam orta təhsil bazasından isə 82 məktəbli orta ixtisas məktəblərinə qəbul olunub.Ali məktəblərə qəbulun nəticələrinə görə şəhər 1, 3, 6, 7 saylı, Ləkçıplaq, Alxasava, Qaraxıdır, Mallı-Şıxlı, Kürdəmiş, İnçə, Çərəkə kənd tam orta məktəbləri daha yaxşı nəticələr göstəriblər.
Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Dilarə Xudiyeva Azərbaycanda təhsilin inkişafından, bu sahədə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən, növbəti dərs ilində görüləcək prioritet məsələlərdən danışmışdır.
Sonda Göyçay rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə yeni dərs ilinin başlanması münasibəti ilə pedaqoji ictimaiyyəti təbrik edib, təhsil işçilərinin ənənəvi sentyabr konfransında əldə olunan uğurlar və qarşıda duran vəzifələrdən ətraflı söz açıb. İcra hakimiyyətinin başçısı milli təhsilin inkişafına göstərilən dövlət qayğısından və müəllimlərin cəmiyyət qarşısındakı məsuliyyətindən danışıb. Son dövrlər ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ölkə başçısı İlham Əliyev cənabları tərəfindən qəbul olunmuş Dövlət Proqramlarından, xüsusən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb“ layihələrindən danışılıb.
Yekunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunub.