Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib

24 avqust 2016 | 16:00

Göyçayın ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında müvəffəqiyyət qazanan məzunlardan 1055 nəfəri tam orta təhsil kursu üzrə attestat alıb. Göyçaylı məzunlardan 627 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edib və onlardan 354 nəfəri tələbə adını qazanıb. Ali məktəblərə daxil olan abituriyentlərdən 70-i 500-dən, 26-sı 600-dən çox bal toplayıb. Bu nailiyyət Göyçayın təhsili tarixində indiyədək əldə olunan ən yüksək göstərici hesab olunur.
Bu göstəricilər avqustun 24-də Göyçayda bu il tələbə adını qazanan gənclərlə təşkil olunan görüşdə səsləndirilib. Rayon təhsil şöbəsinin müdiri Rəşad Məmmədov bildirib ki, ölkəmizdə təhsil islahatlarının davamlı şəkildə həyata keçirilməsi rayonda tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Bunun nəticəsidir ki, orta təhsili başa vuran məktəblilərin ali tədris ocaqlarına qəbul faizi ilbəil artır. Eyni zamanda, şagirdlər respublika fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında daim uğurlar qazanırlar.
Məlumat verilib ki, bu il rayonda həm ali məktəblərə qəbul olunan tələbələrin sayı, həm də imtahanlarda 600-dən yuxarı bal toplayan gənclərin sayı ötən illə müqayisədə daha çoxdur. Belə ki, keçən il rayonda cəmi 308 abituriyent tələbə adını qazanmışdı ki, onlardan 21 nəfəri 600-dən yuxarı bal toplayıb. Sevindirici haldır ki, bu il 600-dən yuxarı bal toplayan 26 gəncdən 15-i kənd məktəblərinin məzunlarıdır. Builki imtahanlarda rayonun məzunları arasında ən yüksək nəticəni Ləkçiplaq kənd 1 saylı orta məktəbin məzunu Əhmədova Nigar Əhməd qızı əldə edib. O, imtahanlarda 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub.
Tələbələri və onların valideynlərini təbrik edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə dövlət başçısı İlham Əliyev cənablarının təhsilin inkişafına göstərdiyi qayğıdan danışıb. Gənc tələbələrin qarşısında duran mühüm vəzifələrdən söz açan cənab Mehdi Səlimzadə onlara uğurlar arzulayıb.
Sonra 600-dən çox bal toplayan 26 məzuna qiymətli hədiyyələr təqdim edilib.
Yerli musiqiçilər, uşaq incəsənət məktəbinin kollektivi görüşə xüsusi çalar qatıb. Bir-birini əvəz edən mahnılar, rəqs nömrələri, poeziya nümunələri iştirakçılara xoş anlar yaşadıb.

Keçidlər