Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

22 iyul Milli Mətbuat günü münasibəti ilə media nümayəndələrinə Təbrik

21 iyul 2023 | 18:34

Hörmətli media nümayəndələri !

Sizi Azərbaycan Milli Mətbuatının yaranmasının 148-ci ildönümü münasibəti ilə  təbrik edir, şərəfli və məsuliyyətli işinizdə uğurlar arzulayırıq!

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan mediası sürətli   inkişaf mərhələsinə qədəm qoymuşdur.

“Əkinçi” qəzeti ilə əsası qoyulan Milli Mətbuatımızın təməl ideyalarına daim sadiq qalan Göyçay jurnalistləri rayon sakinlərinin dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməklə cəmiyyətimizin tərəqqisi naminə öz səylərini əsirgəməməlidirlər. Azərbaycanın dövlətçilik maraqları həmişə uca tutulmalı, saxta və yalan məlumatlara yol verilməməlidir. Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda media nümayəndələri var gücləri ilə çalışmalıdırlar.

Bir daha peşə bayramı münasibəti ilə jurnalistləri təbrik edir, hər birinə can sağlığı və nailiyyətlər diləyirik!  

Keçidlər