Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatında "Heydər Əliyev Azərbaycan Dövlətinin Qurucusudur" mövzusunda yığıncaq keçirilmişdir.

13 iyul 2016 | 16:00

13 iyul 2016 -cı il tarixdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatında 14 iyul 1969-cıı Ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi münasibətilə "Heydər Əliyev Azərbaycan Dövlətinin Qurucusudur" mövzusunda toplantı keçirilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə Ulu Öndərin həyat və fəaliyyətindən, hələ sovetlər dönəmində respublika rəhbəri kimi gördüyü ölkə əhəmiyyətli işlərdən danışdı. Çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin üzərinə düşür. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya qayıdaraq Milli Qurtuluş tariximizin başlanğıcını yazıb. Sonda rayon icra hakimiyyətinin başçısı Göyçay rayonunda görülmüş işlərdən danışaraq, göyçaylıların dövlətə və dövlətçiliyə sədaqətini xüsusi vurğulayıb.
Sonra çıxış edən partiya üzvləri Heydər Əliyev ideyalarının bu gün də prezident İlham Əliyev cənabları tərəfındən uğurla həyata keçirildiyini xüsusi qeyd etdilər.

Keçidlər