Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş idman turnirləri keçirilir

04 may 2012 | 15:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə rayon məktəbləri arasında mini futbol üzrə rayon birinciliyi keçirilmişdir. Göyçay Olimpiya İdman Kompleksində 9 komandanın iştirakı ilə təşkil edilən yarışın oyunları iki yarımqrupda dairəvi sistemlə keçirilmişdir. Finalda şəhər 6, 5 və 3 saylı orta məktəblərin komandası müvafiq olaraq I-III yerləri tutmuşdur. Dahi rəhbər Heydər Əliyevin xatirəsinə həsr edilmiş voleybolçu qızların rayon birinciliyinə isə mayın 3-də start verilmişdir. YAP rayon təşkilatının dəstəyi ilə şəhər 3 saylı orta məktəbin idman zalında keçirilən yarışda 9 komanda iki yarımqrupda dairəvi sistemlə yarışır. Mayın 9-dək davam edəcək yarışın qalibinə YAP rayon təşkilatı və gənclər və idman idarəsi tərəfindən diplom və mükafatlar veriləcəkdir.
Bundan əlavə qarşıdakı günlərdə şəhər stadionunda futbol üzrə rayon birinciliyi keçiriləcəkdir. Rayon icra hakimiyyətinin dəstəyi, gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçiriləcək turnirin qalibləri mükafatlandırılacaq.
 

Keçidlər