Göyçayda idmançılarla görüş keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək ulu öndər, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər və idman siyasətinin bu gün ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini qeyd etdi, 2015-ci ildə birinci Avropa Oyunlarının, həmçinin «Formula -1» yarışının məhz Bakıda keçirilməsi dünyanın Azərbaycana olan marağının artmasına səbəb olduğunu qeyd etdi. Göyçayın da idman ənənələrinin olduğunu diqqətə çatdırmaqla gənclərin bu sahəyə olan marağının artırılması istiqamətində kompleks tədbirlərin görülməsinin vacibliyini bildirdi, Göyçay Olimpiya İdman Kopleksinin gücündən səmərəli istifadə edilməsi tövsiyyə olundu.
Görüşdə çıxış edən məşqçilər, idmançılar respublikada idmanın inkişafına, eləcə də ayrılıqda hər bir idmançıya göstərdiyi daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.