Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Qarabağ müharibəsi əlillərinə yeni fərdi yaşayış evləri verilib

23 iyun 2016 | 16:00

Göyçay rayonunda yaşayan 2 nəfər Qarabağ müharibəsi əlilinə iyunun 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fərdi yaşayış evi verilib.
Qarabağ müharibəsi əlillərinə yeni evlərin təqdim edilməsi münasibətilə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev çıxış edərək ölkəmizin müstəqilliyinin və ərazi bötövlüyünün qorunması yolunda əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işlərinin Prezident İlham Əliyev cənablarının daim diqqət mərkəzində olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycanda uğurla davam etdirilən mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin edilməsinə yönəlib. Nazirlik tərəfindən ötən il 281 nəfər, cari ilin 6 ayında 200-dən çox Qarabağ müharibəsi əlilinə və şəhid ailəsinə yeni mənzil verilib. Hazırda bu təbəqədən olan vətəndaşlar üçün Bakıda və bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binalarının tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması istiqamətində işlər davam etdirilir.
Tədbirlərdə iştirak edən rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov çıxış edərək Prezident İlham Əliyev cənabları  tərəfindən əhalinin sosial-rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsi üçün mühüm addımların atıldığını bildirib. Məlumat verilib ki, indiyədək Göyçay rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 45 mənzilli iki yaşayış binası tikilərək istifadəyə verilib, 60 nəfər müharibə əlilinə minik avtomobili verilib. Rayonda 2018-ci ilədək daha 15 fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulur. Qarabağ müharibəsi əlilləri Elnur Nuriyev və Elşən Həsənov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirmişlər. Çıxışlardan sonra Qarabağ müharibəsi əlillərinə - Göyçayın Çərəkə kənd sakini Nuriyev Elnur Şəmayıl oğluna, Qaraman kənd sakini Həsənov Elşən Feyzulla oğluna 3 və 2 otaqlı fərdi yaşayış evlərinin açarları və sənədləri təqdim edilib. Sonra mənzillərə baxış keçirilib, ailələr üçün yaradılan şəraitlə tanışlıq olub.

Keçidlər