Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira xanım Süleymanova Göyçay rayonunda ictimai dinləmə keçirib

20 iyun 2016 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovanın iştirakı ilə iyunun 20-də Göyçay rayonunda yığıncaq keçirilib. 
Heydər Əliyev adına Mərkəzdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, ərazi dairələri ührə icra nümayəndəliklərinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.        Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək bildirib ki, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir. Göyçay rayonunda Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrlə əlaqədar vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə rayon icra hakimiyyətinin saytında elektron müraciət linki yaradılıb, mail@goychay-ih.gov.az elektron poçt ünvanı vasitəsilə vətəndaşların müraciətləri qəbul edilir. 2016-cı ilin ötən dövrü ərzində elektron poçt ünvanına 12 müraciət daxil olmuş və müvafiq qaydada cavablandırılmışdır. Kəndlərdə əhalinin səyyar qəbulları təşkil olunur. Onların müraciətlərinin həlli üçün operativ tədbirlər görülür və icrası nəzarətə götürülür.
   Yığıncaqda Ombudsman Elmira xanım Süleymanova çıxış edərək bildirib ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının qorunması ilə bağlı aparılan islahatların yeni bir mərhələsidir. Ötən illərdə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi, sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halı daha da yaxşılaşıb, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla həyata keçirilib, Azərbaycanın hər bir şəhər və rayonu inkişaf edib. Qeyd olunub ki, respublikamızın hər bir bölgəsində insan hüquq və azadlıqlarının tətbiqi və təbliği vəziyyətinin monitorinqi, eyni zamanda, əhalinin hüquqi maarifləndirilməsi istiqamətində ictimai dinləmələr mühüm əhəmiyyət daşıyır. Ombudsman həmçinin bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq əsas vəzifələrdən biridir. Bu məqsədlə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” uğurla həyata keçirilir və bu işin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, Milli Fəaliyyət Proqramının bundan sonra da ardıcıl olaraq həyata keçiriləcəyini qeyd edib.
Sonra Ombudsman Milli Fəaliyyət Proqramı ilə əlaqədar yığıncaq iştirakçılarının təklif və müraciətlərini cavablandırmışdır.

Keçidlər