İnvestisiya Layihələri uğurla həyata keçirilir
Azərbaycan hökuməti və Dünya Bankının təşəbbüsü ilə hazırlanan və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL)" çərçivəsində Göyçay rayonunu kəndlərində sosial infrastrukturun inkişaf etdirilməsi istiqamətində xeyli işlər görülmüşdür.
2011-2012-ci illərdə AzKİL çərçivəsində rayonun 11 kəndində belə sosial yönümlü layihələr həyata keçirilib. Layihələr əsasən drenaj xətlərinin və kənd yollarının bərpasını əhatə edir. Mırtı kəndində 6100 metr, Şəkər kəndində 7250 metr, Qaraxıdır kəndində 8330 metr, Məlikkənd kəndində 7300 metr, Ləkçiplaq kəndində 8800, Yeniarx kəndində 7200, İnçə kəndində 3400, Hüngütlü kəndində 4000 metr uzunluğunda drenaj kanalları lil və kol-kosdan təmizlənib, kanalların kənarına yığılması mümkün olmayan lil və çöküntülər maşınlara yüklənərək başqa ərazilərə daşınıb. Bundan əlavə Yeniarxda 2, Qaraxıdırda 3 və Şəkərdə 3 ədəd yeni su keçidi salınıb.
Rayonun Çayarxı kəndində 5450 metr, Çaxırlı kəndində 4100 metr, Qaraməryəm kəndində 5670 metr uzunluğunda kəndarası yola eni 3.5 metr, qalınlığı 15 sm olan cınqıl və qırma daş döşənib, mövcud su keçidləri bərpa edilib və ya yenidən qurulub, yolkənarı arxlar lil və çöküntülərdən təmizlənib.