“20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirildi
19 yanvar 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirildi.
Tədbirdə iştirak edənlər əvvəlcə Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında Ümummilli liderin büstü önünə gül-çiçək dəstələri düzmüşlər
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısının müavini Zivər Zeynalova Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edildiyini qeyd etmişdir.
Xalqımız onun əziz xatirəsini həmişə uca tutduğunu və minnətdarlıqla andığını, 2023-cü ildə ümummilli liderin anadan olmasının 100 illiyi tamam olduğunu bildirən Z.Zeynalova ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində rayonumuzda çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.
Sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Daha sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Nərmin Abışova, rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov və Heydər Əliyev Mərkəzinin əməkdaşı Aytən Zeynalova çıxış edərək 20 Yanvar həqiqətlərinə ilk siyasi-hüquqi qiyməti ümummilli lider Heydər Əliyev tərəfindən verilməsini qeyd etmişlər.
Sonda “Ümummilli lider və 20 Yanvar həqiqətləri” barədə hazırlanmış qısa videoçarx nümayiş olunmuşdur.