“20 Yanvar” faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
16 yanvar 2025-ci il tarixdə Göyçay Gənclər Evində “20 Yanvar” faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Azadlığa geden yol” adlı tədbir keçirilib.
Rayon gənclərinin, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələrinin iştirak ilə keçirilən tədbirdə faciə qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gənclər Evinin direktoru Fərid Əkbərov, Gənclər və İdman sektorunun əməkdaşı Təranə Ömərova, tarixçi-müəllim Tərlan Qarayev, 20 yanvar faciəsi ilə bağlı gənclərə ətraflı məlumat verərək qeyd ediblər ki, 20 yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq tarix deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gündür.