20 Yanvar faciəsinin 34- cü ildönümü ilə əlaqədar “Güllələnən qərənfildən xarıbülbülə qədər” ədəbi-bədii kompozisiya nümayiş edilib
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Göyçay rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Göyçay rayon Mədəniyyət Mərkəzi birgə təşkilatçılığı ilə “Güllələnən qərənfildən xarıbülbülə qədər” ədəbi-bədii kompozisiya nümayiş edilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı aparatının və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin aparatının məsul şəxsləri, hüquq - mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Anım tədbiri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Göyçay rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdimatında 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.