Gənclər və idman naziri Göyçayda vətəndaşları qəbul edib
Aprel ayının 27-də Gənclər və İdman naziri Azad Rəhimov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Mingəçevir, Tərtər, Ucar, Yevlax, Zərdab rayon və şəhərlərinin sakinlərini qəbul edib.
40-a vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və iş ilə təminatla bağlı olub.
Qəbulda qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti, gənclər sahəsini əhatə edən müraciətlərə də baxılıb.
İdman sahəsində edilən müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqlarla təmin olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, uşaq gənclər və idman mərkəzlərinin və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı məsələləri olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.