Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

YAP Göyçay rayon təşkilatının səkkizinci konfransı keçirilib

21 aprel 2016 | 16:00

Aprel ayının 21-də Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının səkkizinci konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər. Konfransda dövlət himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hesabat məruzəsi ilə çıxış edən YAP Göyçay rayon təşkilatının sədr əvəzi Sahib Şükürov diqqətə çatdırıb ki, dahi şəxsiyyət Heydər Əliyevin ideyaları əsasında formalaşan, böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub və fəaliyyətini uğurla davam etdirir. Qeyd edilib ki, YAP yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli yol keçib. Qeyd edilib ki, 1993-cü ildə fəaliyyətə başlayan YAP Göyçay rayon təşkilatı hazırda 7828 üzvü ətrafında birləşdirir. Bu gün YAP rayon təşkilatının üzvləri ulu öndər Heydər Əliyevin ideyalarının davamçılarıdır.
Tədbirdə ötən konfransdan keçən müddətdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, hazırda YAP Göyçay rayon təşkilatı ətrafında birləşən üzvlərin 4488-i qadınlar, 3112-si isə gənclərdir. Ötən hesabat-seçki yığıncağından bu günədək partiya sıralarına 427 göyçaylı qəbul olunub.
Konfransda YAP icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Elman Nəsirov və Rauf Əliyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov çıxış edərək YAP rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər. Bildirilib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kəşməkəşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas siyasi qüvvəyə çevrilən partiya olub. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xilas olub. Bu gün YAP-ın sıralarında birləşən 650 mindən çox insan ulu öndər Heydər Əliyevin ölməz ideyalarının davamçılarıdır. Yeni Azərbaycan Partiyasının yaranması ölkəyə tərəqqi gətirib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Sahib Şükürov YAP Göyçay rayon təşkilatının sədri seçilib. Eyni zamanda, 3 nəfər sədr müavini seçilib, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu yaradılıb, 49 nəfər Şura üzvü və 17 nəfər İdarə Heyətinə üzv seçilib.
Sonra Yeni Azərbaycan Partiyasına yeni üzv olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Keçidlər