Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda əhalinin kütləvi tibbi müayinədən keçirilməsi üçün hər cür şərait yaradılıb

17 aprel 2016 | 16:00

Prezident İlham Əliyev cənablarının tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi işləri uğurla davam etdirilir.
Göyçayda əhalinin kütləvi dispanserizasiyası üçün rayonda hər cür şərait yaradılıb. Müayinələr Göyçay Mərkəzi rayon Xəstəxanasında, uşaq xəstəxanasında və uşaq poliklinikasında, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Yüksək ixtisaslı həkimlər vətəndaşları qrafik əsasında müayinə edir, zərurət yarandıqda onlar müalicəyə cəlb olunurlar. Rayonda tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə yaradılan komissiya tərəfindən ciddi hazırlıq işləri görülüb, tibb ocaqları bütün lazımi avadanlıqlarla təchiz edilib.
Fevral ayının 15-dən başlayan və bu günədək davam edən tibbi aksiya zamanı rayonun səhiyyə ocaqlarında 60635 vətəndaş müayinə olunub ki, onlardan 46458 nəfəri böyüklər, 14177 nəfəri uşaqlardır. Müayinələrdən sonra xəstəlik aşkar edilən 217 nəfər mərkəzi rayon xəstəxanasına və 107 nəfər uşaq xəstəxanasına stasionar müalicəyə cəlb edilib. Bundan əlavə 1815 nəfərə ambulator müalicə təyin olunub. Xəstəliyi daha ağır olan 158 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib. Aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işi davam etdirilir.
Tibbi müayinələrdə həvəslə iştirak edən rayon sakinlərinin sözlərinə görə, bu aksiya dövlətimizin başçısının həyata keçirdiyi siyasətin fövqündə insan amilinin dayandığını bir daha əyani şəkildə göstərir.

Keçidlər