Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçaylılar soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər

31 mart 2016 | 16:00

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Göyçayda da qeyd olunub.
Rayon rəhbərliyi, idarə və təşkilat kollektivlərinin üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, gənclər və məktəblilər “Azərbaycanlıların soyqırımı” abidə kompleksini ziyarət edərək, önünə əklil və gül dəstələri düzüblər. Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Kompleksin qarşısında keçirilən toplantıda çıxış edən rayon ziyalıları “böyük Ermənistan” yaratmaq xülyasına düşən bədnam qonşularımız tərəfindən 1918-ci ilin martında Bakı, Quba, Şamaxı, Göyçay, Kürdəmir və Lənkəranda törədilən qırğınlardan, soyqırımı qurbanlarının başına gətirilən müsibətlərdən, bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan istifadə olunmasının vacibliyindən söz açıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev mart soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da Fərman imzalamaqla, günahsız yerə öldürülmüş minlərlə azərbaycanlının əziz xatirəsinin, qan yaddaşımızın unudulmasına imkan verməyib, ermənilər isə beynəlxalq aləmdə ifşa olunmağa başlanılıb.

Keçidlər