Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçaylı gənclər torpaqlarımızın düşməndən azad edilməsi üçün döyüşə hazırdırlar]

04 aprel 2016 | 16:00

Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatlarının davam etməsi və cəbhəyanı kəndlərimizin atəşə tutulması nəticəsində dinc insanların ölməsi və yaralanması onu göstərir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır. Ermənilər cəbhədə vəziyyəti gərginləşdirməklə beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı mövqeyini neytrallaşdırmağa çalışır.
Bu fikirlər son günlər cəbhədəki vəziyyətlə bağlı aprelin 4-də Göyçay Rayon İcra Hakimiyyətində ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Göyçay rayon şöbəsinin müdiri Rövşən Şərifov, Şuşa ziyalısı Səməd Həsənov, YAP rayon təşkilatının sədr müavini Sahib Şükürov, rayon ağsaqqallar şurasının sədri Atəş Salahov, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucov çıxış edərək bildiriblər ki, son günlər ermənilərin cəbhədəki təxribatları onu göstərir ki, Ermənistan işğal edilmiş torpaqlardan geri çəkilmək istəmir və 20 ildən artıq bir vaxtda aparılan danışıqlar prosesinin həlledici məqamlarında işğalçı ölkə təxribata əl atmaqla prosesi ləngitməyə çalışır.
Rayon ziyalıları qeyd ediblər ki, mənfur ermənilər aprelin 2-də növbəti dəfə təxribata əl atdı, nəticədə Azərbaycan Ordusunun gücünü gördülər. Güclü və qüdrətli Azərbaycan Ordusunun əsgər və zabitləri düşmənə sarsıdıcı zərbə endirərək onları geri çəkilməyə məcbur ediblər. Natiqlər ölkəmizin hər yerində olduğu kimi, Göyçayda da insanların ordumuzun uğuruna sevindiklərini, əsgərlərimizin qəhrəmanlığı sayəsində düşmənin geri çəkildiyini, cəbhəyanı kəndlərimizdə insanların təhlükəsizliyinin təmin olunduğunu və yaxın vaxtlarda düşmənin doğma Qarabağ torpaqlarından çıxarılacağına əmin olduqlarını bildiriblər. Son döyüşlərdə Azərbaycan Ordusunun düşməndən üstün olması, ermənilərin canlı qüvvə və texnika sarıdan xeyli sayda itki verməsi ölkəmizin yaxın vaxtlarda düşmən üzərində böyük qələbə qazanacağına ümidləri artırır. Rayon ziyalıları övladları hərbi xidmətdə olan valideynlərə üzlərini tutaraq onları səbirli olmağa, çaşqınlıq yarada biləcək xəbərlərə inanmamağa, heç bir panikaya uymamağa və yalnız Müdafiə Nazirliyinin mətbuata verdiyi rəsmi məlumatlara inanmağa, Azərbaycan Ordusunun uğurlarına sevinməyə və onlara dəstək olmağa çağırıblar.

Keçidlər