Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda 8 mart beynəlxalq qadinlar günü təntənə ilə qeyd edilib

08 mart 2016 | 16:00

 

         8 mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Göyçay şəhərindəki “Zeynəb” şadlıq sarayında keçirilən bayram tədbirində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət qulluğunda, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınlar, şəhid anaları iştirak ediblər.
         Bayram süfrəsi arxasında təşkil olunan mərasimdə çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Ağayev qadınları bu əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal rolundan danışıb. Mübariz Ağayev bildirib ki, ulu öndər Heydər Əliyev həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirib, qadınlara böyük hörmət və ehtiramla yanaşıb. Onun bu siyasəti hazırda uğurla davam etdirilir. Azərbaycan qadınları bu gün bütün sahələrdə fəal təmsil olunur, kişilərlə çiyin-çiyinə çalışırlar. Azərbaycan qadını həm həkim, müəllim, memar, dövlət qulluqçusu, hərbiçi, ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızda bir çox sahələrdə çalışanların böyük hissəsini qadınlar təşkil edir. Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi  qadınlardır.

        Tədbirdə iştirak edən qadınlara bayram hədiyyələri verilib. Rayonun bədii özfəaliyyət kollektivlərinin təqdim etdiyi rəngarəng konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.

Keçidlər