Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Xocalı sakinləri ilə görüş keçirilmişdir.

26 fevral 2016 | 16:00

Göyçay rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 24–cü ildönümü ilə bağlı rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev Xocalı faciəsi və azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasəti haqqında məlumat vermişdir. O, bildirmişdir ki, son illər Aərbaycan höküməti Xocalı faciəsi barədə həqiqətlərin dünya miqyasında tanınması və obyektiv qiymət alması istiqamətində ardıcıl tədbirlər həyata keçirir və bu istiqamətdə müəyyən nəticələr əldə edilir. Digər çıxış edənlər  Xocalı soyqırımının bütün dünyada tanınacağına və bununla bağlı ədalətli qərar veriləcəyinə inandıqlarını bildirmişlər. Görüşdə həmçinin Xocalıdan olan məcuri köçkünlərin sosial problemləri ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər