Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

24 dekabr 2015 | 16:00

Göyçay rayonunda Xalq Şairi, görkəmli dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilib.
Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadə yaradıcılığının Azərbaycan ədəbiyyatında yeri və əhəmiyyəti haqqında danışıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Böyük qələm ustasının xatirəsi ölkənin hər yerində olduğu kimi, Göyçayda da təntənə ilə qeyd edilir.
Tədbirdə şairin həyat və yaradıcılığına nəzər salınaraq diqqətə çatdırılıb ki, Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadə 60-cı illərdə sovet rejimini inkar edərək, milli mücadilə yolunda fədakarlıq göstərib. B.Vahabzadə öz şeirləri, poemaları ilə sovet rejiminə etirazını bildirib. Qeyd olunub ki, Bəxtiyar Vahabzadə görkəmli şair, dramaturq, ədəbiyyatşünas və ictimai xadim olmaqla yanaşı, könüllərdə yaşayan müəllim və layiqli vətəndaş olub. Xalqın ən ağır günlərində onun yanında olaraq fəal vətəndaşlıq mövqeyi nümayiş etdirən, ana dilimizin qoruyucusu və təbliğatçısı kimi tanınan şairin adı Azərbaycan ziyalılarının sırasına qızıl hərflərlə həkk olunub.
Sonra məktəblilər ədibin şeirləri və sözlərinə bəstələnmiş mahnılar səsləndiriblər.

Keçidlər