Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 2015-ci ilin doqquz ayının yekunları müzakirə edilmişdir

20 oktyabr 2015 | 15:00

 

Göyçay rayon İcra Hakimiyyəində 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda ötən 9 ay ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilmiş, yanvar-sentyabr ayında iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələrin qazanıldığı, quruculuq işlərinin davam etdirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, 2015-ci ilin doqquz ayında rayonumuzun sosial-iqtisadi inkişafında bir sıra uğurlar əldə edilmiş, iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 180,7 milyon manat təşkil etmişdir. Ötən müddət ərzində 14 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bunun da 79,8 faizi qeyri-dövlət bölməsinin payına düşür. Ötən müddətdə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala  26,4 milyon manat vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcmi 22,1 milyon manat təşkil etmişdir. Rayon iqtisadiyyatına yönəldilmiş investisiyaların 80,8 faizi istehsal təyinatlı obyektlərin inşaasında istifadə edilmişdir. Hesabat dövründə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsinin ikinci mərhələsində işlər davam etdirilmiş, şəhərdə rayonun içməli su mənbəyi olmayan 16 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğuların quraşdırılması üçün torpaq sahələri seçilmiş, ötən 9 ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 3 kəndində modul tipli su təmizləyici qurğuların tikintisi və quraşdırılması işləri davam etdirilmiş, Türkmən,  Mirzəhüseynli, Alpout və Yeniarx kəndlərində su təmizləyici qurğular istifadəyə verilmişdir. Yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində əməli tədbirlər görülmüş, hesabat dövründə Mallı-şıxlı-Ərəğşahverdi, Müskürlü-Qəbələ Müskürlü, Qarabaqqal-Hacalıkənd kədlərarası avtomobil yolları inşa edilmişdir. Hesabat dövründə abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür. Heydər Əliyev Mərkəzinin ətrafındaki ərazidə böyük tikinti və abadlıq işləri görülmüş, qısa müddət ərzində burada gənclər mərkəzi, bayraq meydanı və bayraq muzeyi, fəvvarə kompleksləri, mərkəzin qarşısında ulu öndərin ağ mərmərdən abidəsi ucaldılmışdır.  Ərazidə ana və uşaqların istirahəti üçün kafe inşa edilmişdir. Heydər Əliyev Mərkəzinin qarşısındaki ərazi başdan-başa abadlaşdırılmış, yeni işıqlandırma sistemi qurulmuş, mərkəzin qarşısında, həmçinin parkın ərazisində fəvvarə kompleksləri inşa edilmişdir. Hesabat dövründə rayonda Göyçay uşaq musiqi məktəbi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün yeni bina, şahmat məktəbi istifadəyə verilmiş, Göyçay rayon mərkəzi xəstəxanası əsaslı yenidən qurulmuşdur. Şəhərin küçə və meydanlarında geniş abadlıq və quruculuq işləri aparılmışdır. Ötən müddət ərzində rayon əhalisini narahat edən bir çox sosial problemlərin həlli istiqamətində də tədbirlər görülmüşdür. Şəhərin su təchizatı sisteminin yenidənqurulması işlərinin aparılması ilə əlaqədar küçələrdə dağılmış asfalt örtüyünün bərpası istiqamətində işlər aparılmış, 250 min kv.m. yaxın yeni asfalt örtüyü salınmış, piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə 20 ədəd yeni rəqəmsal işıqforlar quraşdırılmış, şəhər ərazisindəki bütün yol nişanları təzələnmişdir. Kəndlərin qaz təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüş, cavri ilin ötən dövrü ərzində  Yekəxana, Şahsoltanlı, Məlikkənd, Şıxbəy və Şıxəmir kəndlərinə təbii qaz verilişi bərpa edilərək rayon üzrə təbii qazla təmin olunan yaşayış məntəqələrin sayı 26-ya çatdırılmışdır. Hazırda daha 11 kəndə yeni qaz xətləri çəkilir. Rayonun təbii qazla təmin olunmayan digər kəndlərinin qazlaşdırılması üçün layihə –smeta sənədləri hazırlanır. Rayon əhalisini elektrik enerjisi ilə təminatı get-gedə sabitləşir. Son aylar 22 yeni transformator məntəqəsi inşa edilmiş, 514 ədəd metal dayaq quraşdırılmış və 20000 p/m elektrik xətti SİP kabellərlə əvəz olunmuşdur.
Sonda yığıncaqda nailiyyətlərlə yanaşı, mövcud problemlər də diqqətə çatdırılmış, onların həlli yolları müzakirə edilmişdir.

Keçidlər