Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Məlikkənd və Şıxbəy kəndlərinə təbii qaz verilişi bərpa olunub

16 iyul 2015 | 15:00

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda əhalinin təbii qaza olan tələbatının ödənilməsi üçün mühüm işlər görülür.
Rayonun Məlikkənd və Şıxbəy kəndlərinin qazlaşdırılması üçün görülən işlər başa çatıb.
İyulun 16-da bu münasibətlə keçirilən mərasimdə məlumat verilib ki, 23 illik fasilədən sonra Göyçay rayonunun Məlikkənd kəndində 19 min 968 poqonmetr, Şıxbəy kəndində 8 min 825 poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib. İki yaşayış məntəqəsində ümumilikdə 257 ədəd fərdi tənzimləyici və sayğac quraşdırılıb. İndiyədək Göyçay şəhərində və 22 kənddə 16 min 57 mənzil qazlaşdırılıb. Rayonda ümumi abonentlərin 63 faizi təbii qazdan istifadə edir. Hazırda isə rayonun Hüngütlü, Aşağı Qaraməryəm, Şıxəmir, Qaraman, Xəlitli, Dövranlı kəndlərinin qazlaşdırılması üçün görülən işlər sürətlə davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Bu kəndlərin qazlaşdırılmasından sonra rayonda ümumi abonentlərin 66,5 faizi “mavi yanacaq”la təmin edilmiş olacaq.
Kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin bayrama çevrildiyini bildirib və bu sevinci onlara bəxş edən Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Sonra kəndlərə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılıb.

Keçidlər