Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Polis işçilərinin peşə bayramı günü qeyd olunub.

02 iyul 2015 | 15:00

Polis işçilərinin peşə bayramı Göyçay rayonunda da qeyd olunub. Asayiş keşişçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Bayram toplantısında Göyçay rayon Polis şöbəsinin rəisi İslam Hümbətov ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan söz açıb.  Azərbaycan polisinin yaranma tarixi və keçdiyi inkişaf yolu barədə məlumat verib. Bildirib ki, Respublika Daxili İşlər Nazirliyinin şəxsi heyəti xalq və dövlətimizə ləyaqətlə xidmət etməklə asayişin və təhlükəsizliyinin mühafizəsi, sabitliyin və əminamanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə sahələrində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, polis zabitinin peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atılıb. Bayram tədbirində Göyçay rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev asayiş keşişçilərini peşə bayramları münasibəti ilə təbrik edib. Onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, ölkənin hər yerində olduğu kimi Göyçayda da polis vətəndaş münasibətlərinin yüksək səviyyədə olması cinayətkarlığa qarşı mübarizəyə öz tövhəsini verir. Polis veteranları öz çıxışlarında onlara göstərilən diqqət və qayğıdan minnətdarlıqla söz açıblar. Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər