Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 15 iyun-Milli Qurtuluş Günü qeyd edilmişdir

15 iyun 2015 | 15:00

 

 

Göyçay rayonunda 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, «Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur”, “Xalqımızın xilaskarı”, “Müstəqilliyimiz əbədidir” mövzularında konfranslar və “dəyirmi masa”lar təşkil olunmuşdur.
Keçirilən bütün tədbirlərdə dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən danışılmış, Azərbaycan xalqı yaşadıqca ümummilli liderin də yaşayacağı qeyd olunmuşdur.
İyunun 15-də isə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş və önünə gül dəstələri düzmüşlər. Sonra Heydər Əliyev parkında rayon Mədəniyyət evinin təşkilatçılığı ilə bayram konserti keçirilmişdir.

 

Keçidlər