Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Bakı-2015” I Avropa Oyunlarının məşəl estafeti Göyçayda böyük izdihamla qarşılanıb

21 may 2015 | 15:00

 

May ayının 21-də Göyçay şəhərində on minlərlə rayon sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəl estafetinin iştirakçılarını qarşılayıb.
Şəhərin M.Hüseynzadə küçəsində quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli idmançı Ramil Əliyev qəbul etdi. Sonra yürüşə start verildi. İdmançılar məşəli bir-birinə ötürərək M.Hüseynzadə, Nizami küçələri və Heydər Əliyev prospekti ilə hərəkət etməklə, Heydər Əliyev Mərkəzinin qarşısındaki meydana gəldilər.
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, idman ustası, əməkdar məşqçi Namət Şirinov səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra taekvondo üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fidan Babayeva birinci Avropa Oyunlarının çırağını yandırdı. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.

Keçidlər