Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü Göyçay rayonunda böyük ehtiramla qeyd olunub

09 may 2015 | 15:00

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü münasibəti ilə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Sabir Hacıyev, rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyev hər kəsin qəlbində müdrikliyi, sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və digər yüksək insani keyfiyyətləri ilə qalıb və gördüyü işlərlə Azərbaycanın müasir tarixində silinməz izlər buraxıb.
Sonra Heydər Əliyev parkında minlərlə göyçaylının iştirakı ilə keçirilən Gül bayramında müxtəlif növ gül və çiçəklərdən hazırlanan çələnglər, dahi şəxsiyyət Heydər Əliyev və Prezident İlham Əliyevin güldən hazırlanan portretləri, milli-mənəvi dəyərləri əks etdirən maddi-mədəniyyət nümunələri, məktəblilərin əl işləri nümayiş etdirilib.
Milli geyimli oğlan və qızlar şeir və mahnılar səsləndirib, kompozisiyalar nümayiş etdirib, idmançıların nümunəvi çıxışları maraqla qarşılanıb. Yerli incəsənət ustalarının iştirakı ilə konsert olub, ulu öndərin adını daşıyan parkda bayram gəzintisi təşkil edilib.

Keçidlər