Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

15 may – Beynəlxalq Ailə günü münasibəti ilə tədbir keçirilib

14 may 2024 | 17:22

15 may – Beynəlxalq Ailə Günü münasibəti ilə Göyçay Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət edilməsi və önünə gül-çiçək dəstələrinin düzülməsi ilə başlayıb.

Göyçay Rayon Heydər Əliyev Mərkəzində rayonun Şahsoltanlı kənd sakinləri Ağamusa İsayevin və Təranə Süleymanovanın nigahları rayon Qeydiyyat Şöbəsinin müdiri Könül Məmmədova tərəfindən dövlət qeydiyyatına alınıb.

Rayon İcra Hakimiyyəti başçısının hədiyyəsi ailə quran gənclərə təqdim edilib.

Tədbirin rəsmi hissəsi dəyirmi masa ətrafında davam edib.

Tədbirdə çıxış edən Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon Qeydiyyat Şöbəsinin müdiri Könül Məmmədova, Göyçay Gənclər və İdman Sektorunun müdiri Təranə Nuriyeva, Mediasiya Şurasının mediatoru Akif Kərimov, Göyçay Dövlət İdarəetmə və Texnologiya  Kollecinin direktoru Samir Dadaşov, respublikanın Əməkdar müəllimi Adil Məmmədov ailə dəyərlərinin Azərbaycanda həmişə yüksək tutulduğunu qeyd ediblər.

Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan ailəsini hər zaman diqqət mərkəzində saxlamış, ailə meyarlarına onun öz münasibəti, öz yanaşması olmuş, milli mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm vermişdir. Ulu öndərimizin bütün sahələrdə siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda ailə dəyərlərinin möhkəmliyinin qorunması, Azərbaycan ailəsinin rifah halının günü-gündən yaxşılaşdırılması istiqamətində məqsədyönlü iş aparır. Bu gün ölkəmizdə gənc ailələrin möhkəm təməl üzərində qurulması üçün kifayət qədər qanunlar, normativ aktlar və hüquqi baza mövcuddur. Azərbaycanda gənc ailələrə dövlət qayğısı sabaha uğurla hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb və videoçarx nümayiş edilib.

Keçidlər