Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

15 iyun 2022 | 17:36

Göyçayda 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailəri, müharibə iştirakçıları, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.

Sonra şəhər mərkəzində davam edən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqının tarixində və taleyində böyük əhəmiyyət kəsb edən hadisələrdən olan 15 İyun- Milli Qurtuluş Günü müasir tariximizin  ən şanlı səhifələrdəndir. Tariximizə qızıl hərflərlə yazılmış bu tarixi gün xalqımızın nicatına doğru gedən yolun başlanğıcı olmaqla yanaşı, eyni zamanda bu günki Zəfərimizin başlıca təməli idi. Bu günkü müstəqil  və qüdrətli Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu baxımdan da doğma məmləkətimiz, qüdrətli Azərbaycanımız var olduqca, Ulu Öndər Heydər Əliyevin adı da ürəklərdə əbədi olaraq daima yaşayacaqdır!

Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov çıxışında qeyd etdi ki, 1993-cü il iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı böyük bəladan-parçalanma təhlükəsindən qurtardı. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın müsbət beynəlxalq imici formalaşıb, ərazi bütövlüyümüz təmin olunub.

Daha sonra S.Şükürov Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənclərə partiyanın üzvlük vəsiqəsini təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir rayon Mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam edib.

Keçidlər