“15 aprel – Beynəlxalq Mədəniyyət günü” Göyçayda qeyd edilib
“15 aprel – Beynəlxalq Mədəniyyət günü” münasibətilə Göyçay Mədəniyyət Mərkəzində “Həyatımızın ən gərəkli, ən mühüm sahəsi – Mədəniyyət” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
Rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan tədbirdə ölkədə mədəniyyət sahəsinin inkişafına, mədəniyyət işçilərinə, sənət adamlarına göstərilən diqqət və qayğıdan söz açılıb.
Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifalarında mahnılar səsləndirilib, rəqslər və maraqlı səhnəciklər nümayiş olunub.
Sonda mədəniyyət sahəsində çalışan və fəaliyyəti ilə fərqlənən əməkdaşlara Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon şöbəsinin fəxri fərmanları təqdim edilib.