8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təşkil olunan bayram tədbirində qadınların cəmiyyətimiz və ölkəmizin inkişafındakı rolundan söz açılıb.
Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev qadınları təbrik edərək bildirilmişdir ki, Azərbaycan qadını bu gün müstəqil ölkəmizdə demokratik və hüquqi cəmiyyətin aparıcı qüvvəsidir, onlar gənclərin milli-mənəvi ruhda tərbiyyə olunmasında əvəzsiz rol oynayır və bu gün də qadın nümayəndələri öz istedadı, zəkası və iradəsi ilə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Tədbirdə zərif cinsin nümayəndələri çıxış edərək onlara göstərilən qayğıya görə minnətdarlıq ediblər. Sonda rayonun ictimai, mədəni həyatda fəallıq göstərən bir qrup qadına xatirə hədiyyələri təqdim olunub.