Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

«2014-cü ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə» Göyçay rayon icra hakimiyyəti başçısının geniş hesabat yığıncağı keçirilmişdir

17 fevral 2015 | 16:00

 

17 fevral 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində «2014-cü ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə» Göyçay rayon icra hakimiyyəti başçısının geniş hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilat, yerli icra və bələdiyyə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyallıları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Yığıncaqda həmçinin Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Azərbaycan Respublikası Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev, Milli Məclisin üzvü Sabir Hacıyev iştirak etmişlər.
Hesabat yığıncağından əvvəl qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsini ziyarət edərək gül dəstələri qoymuşlar.
Sonra hesabat məruzəsində qeyd edilmişdir ki, hesabat ilində rayonda ümumi məhsul buraxılışının həcmi 2013-cü ilə nisbətən 12,4 faiz artaraq 254 milyon manat olmuşdur.
2014-cü ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 dəfədən çox və ya 47,0 milyon manat investisiya yönəldilmiş, tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi sərmayənin 93,2 faizini təşkil edərək 43,8 milyon manat olmuşdur. Rayonun tikinti təşkilatları tərəfindən 17,9 milyon manatlıq və ya ötən ilə nisbətən 2,7 dəfədən çox inşaat işləri yerinə yetirilmişdir.
Rayonun sənaye müəssisələrində keçən il 32 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2013-cü ildə müqayisədə 36,4 faiz çoxdur.
Hesabat dövründə rayonda aqrar bölmənin dinamik inkişafı təmin edilmişdir.
2014-cü ildə rayonda 27,4 min ton taxıl, 815 ton dən üçün qarğıdalı, 1690 ton kartof, 28,5 min ton tərəvəz, 72,9 min ton meyvə istehsal edilmişdir. Ötən illə müqayisədə dən üçün qarğıdalı istehsalı 2,9 dəfədən çox, kartof istehsalı 2,5 faiz, tərəvəz istehsalı 1,9 faiz, meyvə istehsalı 5,9 faiz artmışdır. Ötən il rayonda 337,7 hektar yeni meyvə bağları salınmışdır.
Heyvandarlıq sahəsinin inkişafına diqqət artırılmış mal-qaranın, qoyun və keçilərin baş sayı keçən ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 0,5 faiz və 1,0 faiz artmış, 5400 ton ət, 24854 ton süd, 12 milyon ədəd yumurta, 88 ton yun istehsal olunmuşdur.
Ötən illə müqayisədə ət istehsalı 0,3 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 1,7 faiz, yun istehsalı 1,1 faiz artmışdır. Kənd əməkçiləri 2015-ci ilin məhsulu üçün 14850 hektar sahədə şum çıxarılmış, 13756 hektar sahədə dən üçün taxıl səpilmişdir.
Aparılan uğurlu aqrar islahatlar nəticəsində torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşması kənd təsərrüfati məhsullarının üstün artımına, əhalinin məşğulluğunun yüksəldilməsinə və sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur.
2014-cü ildə rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi 2,0 faiz artaraq 97,3 milyon manata çatmışdır.
Hesabat dövründə rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 8,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,4 faiz, orta aylıq nominal əmək haqqı 4,0 faiz artmışdır.
2014-cü ildə əhaliyə 751,9 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir ki, bu da 2013-cü ilə nisbətən 12,4 faiz çoxdur. Rayon əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsi xeyli yüksəlmiş, daha müasir rabitə texnologiyalarının tətbiqi ilə əlaqədar internet istifadəçilərinin sayı əsaslı şəkildə artmışdır.
Məruzə ətrafında çıxışlar olmuş. Məruzəçilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekununa və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasındakı, həmçinin 2015-cü ilin yanvar ayının 27-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransdaki nitqlərində qarşıya qoyulmuş vəzifələr haqqında geniş müzakirə aparmış, ölkə Prezidentinin tapşırıqlarını rəhbərplik və icra üçün qəbul etmişlər.
Hesabat yığıncağında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış etmiş və müvafiq tövsiyyələrini vermişlər.
Hesabat məruzəsi və çıxışlardan sonra rayon icra hakimiyyəti başçısı yanındakı şuranın qərarı qəbul edilmişdir.
Sonda hesabat yığıncağı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul edilmişdir.

Keçidlər