Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, şəhər və kənd bələdiyyə sədrlərinin, rayonun xidmət təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir.

04 fevral 2015 | 16:00

 

04 fevral 2015-ci il tarixdə rayon İcra Hakimiyyətində Göyçay rayon icra hakimiyyətinin başçısı şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, şəhər və kənd bələdiyyə sədrlərinin, rayonun xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə geniş müzakirə keçirilmişdir.
Müşavirədə 2015-ci ilin yanvar ayında rayon icra hakimiyyətinə daxil olan ərizə və şikayətlərin təhlili aparılmış, vətəndaş müraciətlərinə baxılması sahəsində işlərin bir daha təkmilləşdirilməsi diqqətə çatdırılmış, rayon əhalisinə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi ilə bağlı tövsiyyələr verilmişdir.

Keçidlər