Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun daha 2 kəndinə təbii qaz verilib

19 oktyabr 2011 | 15:00

Oktyabrın 19-da Göyçay rayonunun Qaraməryam və Ərəbcəbirli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Çərşənbə günü ARDNŞ-yə istinadən yaydığı məlumata görə, ötən müddət ərzində Qaraməryam kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 19481 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 340 ədəd sayğac quraşdırılıb.
Ərəbcəbirli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17600 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 241 ədəd sayğacı quraşdırılıb.

Keçidlər