Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul etmişdir

02 dekabr 2014 | 16:00

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabr ayının 2-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan 35-dən çox vətəndaşı qəbul etmişdir.
Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə yer quruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb. Həmin müraciətlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq məktubları ilə aidiyyəti qurumlara göndəriləcəkdir. Bu barədə, həmçinin öz səlahiyyətlərinə dair işlərin qısa müddətdə icrası məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aidiyyəti rayon və şəhər şöbələrinin müdirlərinə də müvafiq tapşırıqlar verilib.

Keçidlər