Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İtaliyanın Valmontone şəhərinin nümayəndə heyəti Göyçaya səfər edib

31 oktyabr 2014 | 16:00

 

Göyçay rayonu ilə qardaşlaşmış İtaliyanın Valmontone şəhərinin meri Alberto Latininin rəhbərlik etdiyi nümayəndə heyəti Göyçaya səfər edib.
Göyçay Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb. A.Latini Göyçayın Valmontone üçün Şərqə, Valmontonenin isə Göyçay üçün Avropaya açılan qapı rolunu oynadığını deyib. O, ötən il Valmontonedən olan nümayəndə heyətinin Göyçaya səfərini xatırladıb. Bildirib ki, səfər zamanı keçirilən görüşlər şəhərlərimiz arasında əməkdaşlıq sahələrinin və birgə layihələrin təsbit edilməsi istiqamətində mühüm addım olub.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Göyçay ilə Valmontone arasında iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə davamlı əlaqələrin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, bu cür görüşlər xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərləri paylaşmasına imkan yaradır.
Görüşdə Azərbaycan-İtaliya əlaqələrinin tarixindən danışılıb, əməkdaşlığın təkcə iqtisadi deyil, təhsil, mədəni, humanitar və digər sahələrdə də inkişaf etdiyi bildirilib. Vurğulanıb ki, hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və müxtəlif sahələr üzrə imzalanmış ikitərəfli sənədlər əlaqələrimizin dərinləşməsinə töhfə verməkdədir. Artıq ölkələrimizin regionları arasında da münasibətlər genişlənir.
Görüşdə qonaqlara Göyçay rayonu, burada hər il ənənəvi olaraq keçirilən nar festivalı haqqında məlumat verilib.
Göyçayda yetişdirilən nar məhsulları ilə maraqlandıqlarını diqqətə çatdıran qonaqlar təhsil və aqrar sahələrdə də əməkdaşlıq etmək istədiklərini bildiriblər. Onlar Göyçaydan aparılacaq nar tingləri hesabına Valmontone şəhərində yeni bağ salmaq niyyətində olduqlarını söyləyiblər. İtaliyalı qonaqlar xalqımızın zəngin adət-ənənələrinə, mətbəxinə məftun olduqlarını da bildiriblər.
Nümayəndə heyəti səfər çərçivəsində nar bayramında iştirak edəcək, bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə də tanış olacaq, nar bağlarına baxacaqlar.

 

Keçidlər