Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Ekologiya və Təbii Sərvətlər Naziri Göyçay şəhərində bölgə vətəndaşlarını qəbul edib

24 oktyabr 2014 | 15:00

 

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göyçay, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşlarla görüşüb. Nazirliyin idarə və departamentlərinin, tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometerologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağı 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Qəbul zamanı nazir Hüseynqulu Bağırov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hər tərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi isə yerindəcə öz həllini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara satdırılmaq üçün qeydiyyata alınıb.
Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da nazir Hüseyn Bağırov tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Keçidlər